adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Noyabr 2018 11:43
8465
ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: DÜŞMÜR

Yuxusu ölmüş adam-
Yuxuma layla - düşmür.
Ona çalınsa belə -
Layladan fayda düşmür...

Ömrüm qışdı - borandı
gözüm yaşdı - torandı ...
gördüyüm yer - " aran" dı -
Ora yayla da düşmür...

"Yuxum - gözüm" - günüdü
Günüm itin günüdü ...
Allahın bir ümidi -
Mənə sayla da düşmür !..