Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.
Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub. Həmçinin Azərbaycanın və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, süni intellekt texnologiyalarının media sahəsində tətbiqi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Digər Xəbərlər
14 Iyul 2026 12:09
Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs olunacaq
14 Iyul 2026 11:59
Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək
14 Iyul 2026 11:57
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilib
14 Iyul 2026 11:48
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
14 Iyul 2026 11:17
“Artıq televizora baxmağa camaatda hövsələ də qalmayıb...”
14 Iyul 2026 11:17
“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi...”
14 Iyul 2026 10:41
IV Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb
14 Iyul 2026 10:25


Bakı -°C

