" Azərişıq" borcla bağlı abonentlərə niyə vaxtında bildiriş göndərmir?
Hər bir xidmət sahəsi bir qayda olaraq hər işlədilən enerji ilə əlaqədar olaraq abonentinlərə borcla bağlı bildirişlər göndərir.Borc da az olanda onu ödəmək insanlar üçün daha asan olur.Bir qayda olaraq bu işi su, qaz , istilik qurumları hər ay, yaxudda 40 gündən bir edir. Əvvəllər " Azərişıq" da bunu vaxtında həyata keçirirdi.
Amma son iki ayda Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin " D"massivi bina 13- də borla bağlı abonentlərə bildiriş göndərmir. Təbii ki, iki- üç ayın borcu da yığılanda onu ödəmək sakinlər üçün daha çətin olur. Üstəlik də bir çox xidmət sahələrinin verdiyi enerjinin qiyməti artırılıb. Bu isə əlavə yük deməkdir.Biz bu məsələ ilə bağlı aidiyyəti qurumla əlaqə saxladıq , lakin telefon zənglərimizə cavab verən olmadı.
Sakinlər isə deyirlər ki, bunu " Azərişıq" bilərkədən edlr ki, əhalidən artıq pul alsın.Bizim 13 nömrəli binada 5-6 ay bundan əvvələ qədər abonentlərə borcla bağlı vaxtında bildirişlər verilirdi, ancaq son vaxtlar isə bildirişlər vaxtında verilmir, borclar yığılır, onu ödəmək insanlar üçün çox çətin olur.
Bununla yanaşı, məlum qurum sayğaclardan borcu yazıb abonentlərə verən nəzarətçiləri də tez- tez dəyişir. Bax , bunu nə üçün edirlər, bilmirik? Bildiyimiz odur ki, əvvəllər bizim binada işləyən nəzarətçi çox mədəni və intizamlı əməkdaş idi. Amma yeni təyin olunmuş nəzarətçidə bu məziyyətlər yoxdur! Hər halda, işıqla bağlı borclar vaxında abonentlərə verilsə, onu ödəmək də sakinlər üçün daha asan olar. İnanırıq ki, aidiyyəti qurum bu təkliflərimizi nəzərə alacaq və mövcud problemi vaxtında aradan qaldıracaq!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Mart 2026 12:08
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05 Mart 2026 11:52
“İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
05 Mart 2026 11:03
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edəcək
05 Mart 2026 10:58


Bakı -°C

