Sərnişin qatarlarına 5 dəfə daş atılıb - RƏSMİ
Son 10 gündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.
Adalet.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib. Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır.
"Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq", - deyə məlumatda deyilir.
Digər Xəbərlər
05 Mart 2026 13:13
İranın dron hücumu nəticəsində xəsarət alan şəxslərin SON DURUMU
05 Mart 2026 12:56
Naxçıvan aeroportu hazırda - VİDEO
05 Mart 2026 12:46
İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb - RƏSMİ
05 Mart 2026 12:39


Bakı -°C

