Xaşın ürəyə ziyanı var, ya yox?
Bizim millətin ən çox sevdiyi yeməklərdən biri də xaşdır. Onun ən yaxşı yeyilmə vaxtı payız və qış aylarıdır. Adam var soyuq aylarda hər gün olmasa da, həftədə iki-üç dəfə xaş yeyir.
Məşhur bir kardioloq bir dəfə dedi ki, tez - tez xaş yeyən adamlar ANJ - u olunsa, onların ürək damarlarının tam tutulması faktları ortaya çıxar. Amma bəzi həkimlər buna , yəni xaş yeməyə fərqli yanaşır.Düzdür, bu yeməyin tərkibində çoxlu miqdarda xolesterin var.Lakin onun tərkibində insan orqanizmi üçün xeyirli maddələrdə var.
Hələ üstəlik , xaş sümükləri möhkəmləndirir.Ona görə də , belə xəstələrə həkimlər bir çox hallda xaş yeməyi məsləhət görürlər. Kardioloq - həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyir ki, xolesterin insan bədənində elə- belə yaranmır.Qara ciyərdə gedən maddələr mübadiləsi zamanı pis və yaxşı xolesterin yaranır.
Heç bir qida insan orqanizminə ziyan deyil.Sadəcə olaraq onu normaya uyğun qəbul eləmək lazımdır. Ən gözəl və dadlı yemək belə normadan artıq deyiləndə insanı narahat edir. Böyük Nizami Gəncəvi çox gözəl deyib:" Bir inci saflığı varsa da suda,Artıq içiləndə dərd ver o da..." İndi bax xaş da belədir. Normaya uyğun yeyiləndə heç bir narahatlıq olmur, ancaq qırmızı xətti keçəndə narahatlıq başlayır! Ümumiyyətlə,hər insan öz qida rasionuna diqqət yetirməlidir.
Xüsusilə də, səhhətində problemi olanlar, ürək-damar, diabet və mədə- bağırsaq xəstələri pəhrizə əməl etməli, həkim məsləhətinə qulaq asmalıdırlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57
Vətəndaşlar işəgötürənin hesabına tibbi müayinədən keçiriləcəklər
08 Aprel 2026 16:34


Bakı -°C

