“Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi...”
“2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilərək müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində səsvermə təşkil olundu. Bu həmçinin Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu. İlham Əliyevin 22 illik Prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatı sürətli artım və inkluziv və balanslı inkişaf dövrü kimi xarakterizə olunur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb:
“Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir. Bu dövr eyni zamanda Azərbaycanın xarici siyasətdə çoxsaylı uğurlara imza artması ilə yadda qaldı. Türk dünyası və Şərqi ilə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərin inkişaf etdirilməsi daha da prioritetləşib. Çox vektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Dekabr 2025 09:56
Azərbaycan nefti bahalaşdı
18 Dekabr 2025 19:57
Unun topdansatış qiyməti AÇIQLANDI
18 Dekabr 2025 15:02
"Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun..."
18 Dekabr 2025 13:30
“Ermənistan Rusiyadan neft məhsullarını azaldır...”
18 Dekabr 2025 11:17
Bakı limanı 100 000-ci konteyneri qəbul edib
17 Dekabr 2025 17:40
Türkiyədən Azərbaycana pul köçürmələri artdı
17 Dekabr 2025 11:19
““Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək...”
16 Dekabr 2025 19:39


Bakı -°C

