adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 14:41
83
ŞOU-BİZNES
A- A+

Güllünün keçmiş əri ilk dəfə danışdı: “Buna inanmıram, hansı razılaşma...”

Sənətçi Güllünün qızı Tuğyan Ülkəm Gültərin anasının ölümünə görə həbs edilməsindən sonra atası açıqlama verib. 

Adalet.az Türkiyə mediasına istinadla xəbər verir ki, Gürol Gültər qızının bu qətli törətdiyinə inanmadığını bildirdi. 
 
O, bununla bağlı Habertürk TV-yə danışıb: “Mən bu nəticəyə inanmıram. Sultan etiraf etmək üçün hansı razılaşmanı əldə etdi, niyə indiyə qədər etiraf etməyib? Bu hissəni başa düşə bilmirəm”. 

Qeyd edək ki, 26 sentyabrda vəfat edən Güllünün qızı Tuğyan Ülkəm Gültər istintaq çərçivəsində anasının qətlinə görə, həbs olunub.
Hadisə zamanı eyni otaqda olan Sultan Nur Ulu ev dustaqlığına buraxılıb. Ulu Yalovadakı evinə aparılıb və məhkəmə nəzarəti altına alınıb. Arif Ulu və saxlanılan iki nəfər ifadələrini verdikdən sonra sərbəst buraxılıblar.

Güllünün keçmiş əri Gürol Gülter qızının həbsindən sonra verdiyi açıqlamada həbsindən əvvəl ona zəng etdiyini bildirib. O, bu söhbətin Güllünün məzarında baş verdiyini və qızının göz yaşları içində olduğunu deyib:

“Ağlayırdı. Sanki dəfn mərasimində idi. Mən onu sakitləşdirməyə çalışdım və dedim ki, öyrəşəcəksən, anan üçün dua et. O qədər ucadan ağlayırdı ki, əgər həqiqətən qəbiristanlıqda idisə, insanlar onun yanına gəlmiş olmalı idilər".

İstintaqın hazırkı nəticələrinə inanmadığını təkrarlayan Gülter, Sultan Nur Ulunun açıqlamasına xüsusi diqqət çəkib: “Deyirlər ki, Sultan etiraf edib. Bəs indi etiraf etmək üçün hansı razılaşmanı əldə edib? Niyə indiyə qədər etiraf etməyib? Bu hissəni həqiqətən başa düşə bilmirəm”.

Vasif ƏLİHÜSEYN