Zenfira İbrahimova: “Bu fikri ona yaraşdırmadım”
Ofeliya Şabanova “O səs Türkiyə” yarışması üçün müəyyən bir məbləğ ödənildiyini söyləyib:
Adalet.az bildirir ki, sözügedən yarışmaya qatılan müğənni Zenfira İbrahimova bu məlumatın yalan olduğunu deyib:
“Mən həmin yarışmada iştirak etmişəm. Sözügedən yarışma heç bir iştirakçını pulla qəbul etmir. Bu bir günahdır.
Bəlkə də Ofeliya xanım illərdir efirlərə hər hansı bir məbləği ödəyərək gəlib. Ona görə “O səs Türkiyə” ilə bağlı da belə düşünür. Ancaq bu, çox yalnış və məntiqsiz düşüncədir. Ümumiyyətlə, bu fikri, bu sözləri Ofeliya xanıma yaraşdırmadım”.
Əntiqə


Bakı -°C

