adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 11:54
70
ŞOU-BİZNES
A- A+

Rəqsanə qızı ilə küsülüdür?

Müğənni Rəqsanə şou proqramların birində qonaq olarkən qızı Aysun İsmayılova ilə küsülü olduğunu etiraf edib.

Adalet.az bildirir ki, o,  ana- bala arasında belə halların başadüşülən olduğunu qeyd edib:

“Məndən  soruşurlar ki, Aysunla münasibətində soyuqluq var. Kənardan hiss olunur. Bu hal ana-bala arasında olur. Keçib gedəcək.  Aysun mənim ən çətin günlərimin şahididir. Nə  edirəmsə, övladlarımın yaxşılığı üçün edirəm” , - deyə söyləyib.
Aysun isə  anasının  ondan küsmədiyini bildirib:

“Anam məndən küsüb? Amma bilmirəm, niyə. Xəbərim yoxdur  heç nədən. Azərbaycanda deyildim. Təzə gəlmişəm vətənimə.  Uşaq vaxtı onu incidə bilərəm. Amma indi əsla onu incitmərəm. Belə bir haqqım da yoxdur. Səhv edəcək yaşda deyiləm axı. Həm də əsla ona qarşı səhv etmərəm”.

Əntiqə