Bu, mənim haqqımdı...
Bu gün ( yəni noyabrın 25 - də səhər saatlarında avtobusların birində qəribə bir hadisə ilə rastlaşdım.)
Əlində əsa olan axsayan təxminən 75 yaşlı bir kişi avtobusa daxil oldu və əyləşmək üçün yer axtardı. Oturacaqların hamısında sərnişinlər əyləşmişdi və boş yer yox idi. Kişi ətrafa göz gəzdirdi və əsaya sökənib bir təhər dayandı. Kimsə , 23-24 yaşlı oğlana dedi ki, qalx, qoca kişiyə yer ver, ayaqüstə dayana bilmir.
Oğlan isə çox laqeydliklə dedi:" Burda əyləşmək mənim haqqımdır, ürəyin yanırsa, özün yer ver!" Qoça kişi isə dilləndi ki, heç sənin verdiyin yerdə əyləşmərəm.Onsuz da , əsaya sökənib birtəhər dayanmışam! Bir qadınsa oturduğu yerdən ayağa qalxıb dilləndi:" Ağsaqqal buyurun, əyləşin! Onsuz da indiki cavanların çox belədir. Aralarında tək- tük qanacağı, mərifəti olan var, amma onlar da azdır.
Kişi əyləşmək istəmirdi, ancaq qadının dəfələrlə təkidindən sonra onun verdiyi yerdə əyləşdi və xanıma " çoxsağol" dedi! Nə isə ... Amma gənclər bir həqiqəti bilməlidir ki, oturacaqlarda xəstə , qoca və bir də uşaqlar əyləşməlidirlər.Boş yer olsa, onlar da otura bilərlər.Və Allah qoysa, kişiyə yer verməyən oğlan da qocalacaq , bax onda ona cavanlar yer verməyəndə o da bu hisləri keçirəcək!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Noyabr 2025 12:14
Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salındı
25 Noyabr 2025 09:27
Xəzər dənizi iki yerə bölünəcək - Alimdən ŞOK AÇIQLAMA
25 Noyabr 2025 09:00
Bu gün Kəlbəcər Şəhəri Günüdür
24 Noyabr 2025 17:47
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTOLAR
24 Noyabr 2025 17:26
Bu bazarda quş kəsimi yerinin fəaliyyəti dayandırıldı - VİDEO
24 Noyabr 2025 16:23
Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlandı
24 Noyabr 2025 15:48
Rövşən Rzayev keçmiş məcburi köçkünlərin müraciətləri dinlədi - FOTO
24 Noyabr 2025 14:35


Bakı -°C

