Hər zaman uğurlar bizimlə olsun
Zəhmət öz bəhrəsini verər hər zaman,
Zəhmət olan yerdən çəkilər duman.
Zəhmətlə alış-yan,zəhmətlə oyan,
Hər zaman uğurlar bizimlə olsun.
******
Ağılla,kamalla qaldım dünyada,
Qoymadım bir xələl gələ bu ada.
Həmişə qulağıma gəldi xoş səda,
Hər zaman uğurlar bizimlə olsun.
******
Dünyada nə varsa,qalır dünyada,
Ağılsız insanlar düşəcək oda.
Aqillər çatacaq toya-büsata,
Hər zaman uğurlar bizimlə olsun.
******
Söz verdim,sözümü tutdum hər zaman,
Qoymadım sözümüə düşə çən-duman.
Sübutsuz hər bir iş olur çox yaman,
Hər zaman uğurlar bizimlə olsun.
******
Çoxları söz deyər,doğru söyləməz,
Çoxları söz deyər,sübut eyləməz.
Qırmızı diplomlar yalan söyləməz,
Hər zaman uğurlar bizimlə olsun.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

