“Mən də sizin qədər bezmişəm” - Vens
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siyasətdən yorulduğunu etiraf edib.
Adalet.az xəbər verir ki, Vens bu barədə Beynəlxalq Yanğınsöndürənlər Assosiasiyasına müraciəti zamanı danışıb.
Vitse-prezident yeni seçki marafonuna toxunaraq maraqlı ifadələr işlədib:
“Bir siyasətçi kimi mən də növbəti seçki kampaniyası dövrünə qədəm qoyuram, amma mən də sizin qədər siyasətdən bezmişəm”.
Qeyd edək ki, Vensin bu açıqlaması onun vitse-prezident vəzifəsindəki fəaliyyətinin bir ili tamam olduqdan sonra səslənib. Lakin siyasi ekspertlər onun bu “yorğunluğunu” daha çox İranla davam edən müharibə və Vaşinqtondakı daxili gərginliklə əlaqələndirirlər.
Xatırladaq ki, Ohayonu təmsil edən sabiq senator administrasiyanın ən iddialı simalarından biri sayılır. Hətta post-Tramp dövründə onun növbəti ABŞ Prezidenti seçiləcəyi də iddialar sırasında yer alıb.
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

