Biz uzunmüddətli münaqişəyə hazırlaşırıq - İran rəsmisi
İran uzunmüddətli münaqişəyə hazırlaşır və gələcəkdə Fars körfəzi ölkələrinə zərbələr endirməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bunu CNN telekanalına açıqlamasında İranın Ali Liderinin Ofisinin xarici siyasət məsələləri üzrə müşaviri Kamal Xərrazi bildirib.
Onun sözlərinə görə, hazırda diplomatik həll üçün imkan görmür. Xərrazi ABŞ-nin keçmiş prezidenti Donald Trampın danışıqlar zamanı verdiyi vədlərə əməl etmədiyini iddia edib.
“Diplomatiya üçün yer görmürəm. Danışıqlar apararkən belə bizə hücum etdilər”, – deyə o qeyd edib.
Xərrazi bildirib ki, müharibənin dayandırılması üçün əsas amil iqtisadi təzyiqlər ola bilər. Onun sözlərinə görə, davam edən münaqişə qlobal miqyasda inflyasiya və enerji daşıyıcılarının qıtlığı kimi ciddi iqtisadi nəticələr yaradır.
“Əgər bu vəziyyət davam edərsə, digər ölkələr münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacaq”, – deyə o əlavə edib.
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

