21 Oktyabr 2025 13:10
138
SİYASƏT

Kəramət Böyükçöl və İlqar Məmmədov qırğını... -Etibar Əliyev yazır

Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov qırğına çıxıblar. 

Hər şey Kəramət Böyükçölün Facebook səhifəsində yazdığı üç cümləlik statusla başlayıb.

Yazıçı yazıb: “O gün Elmlərdə İlqar Məmmədovla qarşılaşdım. Soruşur ki, ta məndən niyə yazmırsan? Dedim, mən ölünün dalınca danışmıram.”

İlqar Məmmədov Kəramətə kəskin cavab verib və onu hakimiyyətin sifarişli layihəsi adlandırıb:

“Basqıçı YAP hakimiyyəti şəhərin gur yerində Kəraməti qoyub sərgiləyirsə, demək bu, mədəniyyətlə heç bir əlaqəsi olmayan siyasi öhdəlikli layihədir.
Heç nəyə baxmayaraq, insanlığı və söz azadlığını sevən adamam. Bir gün publik siyasətə qayıtsam, seçkidə göstərəcəyiniz iradə ilə dövlət qurumlarına tapşırıq vermək səlahiyyəti qazansam belə, hin qoxan bu cür tipləri siyasi rəqiblərimə qarşı işlətməkdən ötrü ara-sıra dispanserə atmaram. Gətirəcəyim fərqi bəyənəcəksiniz.”

İlqar Məmmədov Kəramətə hakimiyyətin layihəsi deyəndə onun Akademiyanın həndəvərində kitab satmasına "şərait yaradılmasını" nəzərdə tutur. Primitiv düşüncədir. Əslində Kəramətin avtobusu dönərxanaların, semiçka, su və siqaret satılan köşklərin arasında və azca kənarında Elmlər Akademiyası üçün oazisdir. Kəramət səhərdən axşama kimi bu motorsuz avtobusu vasitəsilə kitabı təbliğ edir. Kitabla bağlı vəziyyət o həddə gəlib çatıb ki, artıq küçə Bukinistləri fəaliyyət göstərir. Yazıçı Kəramət isə balaca avtobusu ilə kitabı yağışdan və küləkdən qoruyur. Hakimiyyət Kəramətə motorlu avtobus versəydi, inanın ki, o, Azərbaycanın rayonları və kəndlərində də kitabı təbliğ edərdi. Böyük məmnuniyyətlə mən də ona qoşulardım. İlqar Məmmədovun Kəramətin bu nəcib işinə qara yaxması kitaba olan münasibətidir. Bu perspektivsiz siyasətçi ilin-günün bu vaxtında hələ anlamır ki, kitabdan böyük gəlir əldə etmək mümkün deyil, çünki qiymətlər kitabın arxasında yazılır. 

O, ki qaldı ölülər məsləsinə; görəsən Kəramətin motorsuz avtobusunda  "Qəbiristanlığın sosiologiyası" kitabı varmı?