Düşmən mövqelərimizi pulemyotlarla atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, adsız yüksəkliklərdə və İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Digər Xəbərlər
28 Aprel 2024 12:51
Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:13