adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Mart 2015 10:43
1315
HADİSƏ

Düşmən basqını nəticə vermədi - Nazirlik

Müdafiə Nazirliyi məlumat yayıb

Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.


Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.