adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Fevral 2018 16:31
24615
MARAQLI

Dünyaya qumarı ərəblər yaydı

Əgər oyun kartlarının Avropaya nə vaxt gəlməsi az-çox bəllidirsə- burada kartlar təxminən XIV əsrin əvvəllərindən istifadə edilir – öz tarixivətənində, daha doğrusu, vətənlərində - Çin və Hindistanda ilk dəfə nə zamanyarandığı doğru-dürüst məlum deyil. Çində kağız kartların istifadəsi 1120-ciilə aid edilir. Kartı Avropaya xristian mavrlar (Afrika ərəbləri – tərc.),ərəblər və sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad– tərc.) gətiriblər. Kartlar haqqında ilk yazılı məlumat 1379-cu ilə, mavrlaraaiddir və Covanni Yutssodi-Kovelutssonun salnaməsində rast gəlinir. Müəllifyazır ki, sarasinlərin məmləkətindən onun doğma şəhəri Viterboya "naibləradlanan oyun kartları gətiriblər".

İlk vaxtlar kart oyunları zadəganların əyləncəsi idi, xalqarasında geniş yayılmamışdı və qumar hesab olunmurdu. Odur ki, kilsənin hakimdairələri digər oyunlardan fərqli olaraq kartı qamçılamırdı. Əldə olanməlumatlara görə, bu oyun sonralar Avropada geniş yayılır və ona olan maraq dagetdikcə artmağa başlayır.

İspaniyada kral İohann I Kastilski 1387-ci ildə verdiyi qərarlanərd, şahmat və kart oyunlarını qadağan edir. Fransa isə yalnız bir necə illəngiyir: 1392-ci ildə hansısa bir cənab Qrenqoner "lütfkar zati-alilərri kralaəylənmək üçün təqdim etmək məqsədilə" üç dəst oyun kartı hazırladığınagörə xeyli miqdarda cərimə ödəməli olur. 1393-cü ildə İtaliyada florensiyalıCovanni Morelli yazdığı əsərdə gənclərə nərd kimi qumar oyunlarından uzaqdurmağı, guya uşaq oyunu olan karta üstünlük verməyi məsləhət görür. Almaniyadaəksinə, 1397-ci ildə Ulm şəhərində kart oyununa qadağa qoyulur.

XV əsrdən isə kart sanki milli oyuna çevrilərək bütün Avropanıtutur. Hər ölkənin öz oyunu meydana gəlir, kartlar səciyyəvi rənglər və adlaralır, formaları dəyişir, staandartlaşdırlımış "köynəklər" meydanaçıxır. Ancaq mahiyyəti etibarilə saratinli "naib"lərin oyunundanfərqlənmir.

Rusiyada kartın yayılması Fyodr İoannoviçin çarlığı dövrünətəsadüf edir. 1649-cu ildə çar Aleksey Mixayloviçin qanunnaməsinə əsasən oyunkartları ciddi cinayət hesab olunur və bərk qızdırılmış dəmirlə damğalanmaqlacəzalandırılırdı. Pyotrun vaxtında karta münasibət dəyişir, iki kiçikmanufakturada kart istehsal olunmağa başlayır. Pyotrun özü çox nadir hallardakart oynasa da, oyun kartları ilə ticarət xeyli gəlir mənbəyinə çevrilir. IAleksandr oyun kartları istehsalını inhisara çevirir, oradan əldə edilən gəlirisə yetim uşaqlara himayədarlıq edən impetaratriçənin müəssisəsinə daxil olur.Kartların istehsal edildiyi kağız aşağı səviyyədə idi və buna görə dəəvvəlcədən xüsusi maşınlarda talkla (texnikada və təbabətdə işlənilənyağlıtəhər yumşaq ağ poroşok – tərc.) işlənirdi. "Atlas kartlar"adlandırılan belə kartlar sığallı, hamar olur və qarışdırılan zaman yaxşı sürüşürdü.

Qumarxanaların tarixi

Arxeoloji qazıntılarda 39 min il əvvəlinəaid qumar oynamaq üçün istifadə edilən sümüklər, heyvan kəllələri və nərdəoxşar obyektlər tapılmışdır. İnsanoğlu tərəfindən mağaralara çəkilən bəzişəkillərdə ilk insanların qumar növü oyunlar oynadıqları müəyyən olunmuşdur.Qumarxana yəni qumar oynanılan salonları tarix səhnəsinə ilk çıxdığı yerbilinməməklə birlikdə bu mövzuda edilən tarixi araşdırmalar sonunda ortayaçıxan məlumatlara və qeydlərə görə ilk rəsmi qumarxana e.ə. 2300-ə Antik Çindəfəaliyyət göstərmişdir. Qədim Çin dövründən qalan bəzi ənənəvi nağıllarda vəifadələrdən qumar ənənəsindən bəhs rast gəlinməkdədir. 3500 il əvvəl QədimMisir mədəniyyəti dövründə xüsusilə Thebes şəhərində qumarxana olaraq istifadəmərkəzi olduğu müəyyən olunmuşdur. Tarix qeydlərinə görə bu tarixdən sonraAntik Yunan və Roma İmperatorluğu dövrlərində qanuni və qeyri-qanuni olaraq çoxsayda qumarxana işlədildiyi bilinməkdədir. Roma İmperatorluğu dövründə Romaəsgərlərinin ortaya paltar və qızıl qoymaq surətiylə çox sayda qumar oyunuoynadıqları bilinməklə birlikdə bir dövr Romada imperator tərəfindən çıxardılanbir qanuna görə ailələrin uşaqlarına Zar və qumar oyunlarının öyrədilməsi lazımolduğunu şərt qoymuşdur.

Qumarxanaların fəaliyyət göstərməyəbaşladığı ən qədim dövlətlərdən biri də Almaniyadır. Tarixi qeydlərə görə1378də Frankfurt şəhərində qumar gəlir əldə etmək məqsədi ilə dövlət tərəfindəndəstəklənən qumarxana varlığına rast gəlinməkdədir. Eyni ölkədə 18-ci yüz ildətəbii sağlamlıq mərkəzlərinin qumarxana olaraq fəaliyyət göstərdiyibilinməkdədir. Nasistlərin 1933də iqtidara gəlməsiylə birlikdə Hitler başdaAlmaniya olmaq üzrə irəliləyən illərdə də öz buyruğu altına girən ölkələrdəqumarxanaların hamısını qadağan etmişdir. Bu prosesin ardından 1950-ci illərdəQumarxanalar Almaniyada təkrar fəaliyyət göstərməyə davam etmişdir.

16.yüz ildə Elizabeth (1533-1603) dövrüBritanyası və 19-cu yüz ilin başlarında Napolyon (1769-1821) dövrü Fransasındaçox sayda qumarxanaların həm qanuni, həm də qanuni olmayan yollarla fəaliyyətgöstərmişdir.

Avropanın bilinən ən böyük qumarxanasıİtalyanın Venedik şəhərində olan və 1638-ci ildə inşa edilən The Ridotto adlıqumarxanadır. İtaliyada müəyyən dövrlərdə bir toplanma və əyləncə yeri olan buqumarxana xüsusilə karnaval sezonlarında dövlət nəzarəti altında çalışan vəqumar turnuvalarının reallaşdığı bir məkan halına gəlmiş ancaq 1770-ci ildəqeyri-qanuni statuslu olduğu qarşıya qoyularaq gətirilən yeni bir qanunlabağlandı.

Uels, İngiltərə və Şotlandiya kimiölkələrdə qumarxanaların keçmişi 400 il əvvəlinə söykənməklə birlikdə ''ictimai klub'' adı altında 120-dən çox qumarxanafəaliyyətlərini davam etdirməkdədir.

Belçikada qumar tarixinə baxdığımızdaoğlunun qumar vərdişi üzündən ölkədə qumar fəaliyyətlərini qadağan qanunuqüvvəyə salan kral II. Leopold (1835-1909)'ün ardından indiki vaxtda belə hələqanuni olaraq qadağan statuslu olan qumar fəaliyyətləri dövlət nəzarəti altındadavam etməkdədir. Avstriya tarixində də 1920-ci illərdə etibarən başlayan qumarmüəssisələri, Hitler dövründə bir qumarxana xaric digər bütün yerlərdəqadağandır. Ölkədəki qumarxana hissələrinin 70%-i birbaşa dövlətə, geri qalanıisə banklara aiddir. Fransada isə qumar qanuni statuslu iştirak etməkdədir. Çoxsayda qumarxanaların fəaliyyət göstərdiyi ölkədə 1988-ci ildə qüvvəyə girən birqanunla jetonlu slot maşınlarının fəaliyyətləri qadağan edilmiş olmasınabaxmayaraq bu qadağana çox möhkəm bir şəkildə riayət edilmir.

ardı olacaq...