adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Sentyabr 2014 10:24
22545
MƏDƏNİYYƏT

Dünyaya pəncərə

  Bu günlərdə Əcəmi Nəşriyyat-Poli­qrafiya Birliyindəşeirlərdən, hekayələrdən və dram əsərlərindən ibarət "Dünyaya pəncərə” adlı 3kitab nəşr edilmişdir. Kitablar Naxçıvan Muxtar Respublikası YazıçılarBirliyinin 2012-ci ildə keçirilmiş konfransında Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin tapşırığına uyğun olaraq yaradılan Yazıçılar Birliyinin BədiiTərcümə Mərkəzi tərəfindən hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənabVasif Talıbov həmin konfransdakı çıxışında Naxçıvan Muxtar RespublikasıYazıçılar Birliyinin qarşısında bir sıra problemlərin həll olunması məsələsiniqoymuşdu. Bu problemlərdən biri də bədii tərcümə ilə bağlı idi. Konfransda AliMəclisin Sədri demişdir: "Ciddiproblemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcüməedib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin,tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır.Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsindəboşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğulolan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində BədiiTərcümə Mərkəzi yaratmaq mümkündür”.

Konfransdan sonra Yazıçılar Birliyinin nəzdində BədiiTərcümə Mərkəzi yaradıldı, filologiya üzrə fəlsəfə doktoru, şair, tərcüməçiŞirməmməd Qüdrətoğlu Bədii Tərcümə Mərkəzinə rəhbər təyin edildi. Bədii tərcüməilə məşğul olan şair və yazıçılara tövsiyə olundu ki, xarici dillərdən bir sıramaraqlı əsərləri dilimizə tərcümə etsinlər. Bu sahədə

artıq müəyyən təcrübə vardır. Belə ki, şair vəyazıçılarımızdan Həmid Arzulunun alman, Şirməmməd Qüdrətoğlunun ingilis dillərindənetdiyi tərcümələr kitab şəklində oxuculara çatdırılmış, şair və yazıçılarımızınisə ayrı-ayrı dövrlərdə bir sıra dillərdən tərcümə etdiyi əsərləri mətbuatdaçap olunmuşdur. Yeri gəlmişkən xatırladaq ki, Vaqif Məmmədovun, ElxanYurdoğlunun türk poeziyasından tərcümə etdiyi poeziya nümunələri ayrıca kitab şəklindəoxuculara təqdim olunmuşdur. Son illər isə AMEA-nın müxbir üzvü ƏbülfəzQuliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin "Məsnəvi”siniilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi dəyərləndirilir. 
Muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımız bir sıra əsərləriorijinaldan tərcümə etmişlər. "Dünyaya pəncərə” adlı almanaxa daxil olunan əsərlərinçoxu birbaşa orijinaldan edilən tərcümələrdir. Həmid Arzulunun alman ədəbiyyatındanbir sıra tərcümələri var. Onun tərcümə etdiyi bir sıra əsərlər ayrıca kitab şəklindəoxuculara təqdim olunmuş, iki tərcümə əsəri isə Cəlil Məmmədquluzadə adınaNaxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmid ArzuluBertold Brextin "Üçüncü imperiya”, "Cuhud arvad”, "Ədalət məhkəməsi” və EfraimLessinqin "Əsgər səadəti” dramlarını tərcümə etmişdir. Bu əsərlər alman ədəbiyyatınıngözəl sənət nümunələri kimi təqdir olunur. Müharibə əleyhinə yazılmış bu əsərlərinayrıca kitab şəklində oxuculara təqdim olunması diqqətəlayiqdir. İnanırıq ki,oxucularımız adlarını çəkdiyimiz bu dram əsərlərini sevə-sevə mütaliə edəcəklər.
Şirməmməd Qüdrətoğlu ingilis dilindən çoxlu şeirlər, poemalar tərcümə etmişdir.Şeirlərdən ibarət "Dünyaya pəncərə” kitabında onun ingilis dilindən tərcüməetdiyi 30-a yaxın şeir və Corc Qordon Bayronun "Dəniz qulduru” poemasından birparça oxuculara təqdim olunmuşdur. Şirməmməd Qüdrətoğlu bu əsərlərin poetik şəkildətərcüməsinə nail ola bilmişdir. O, Vilyam Şekspir, Tomas Mur, Lənqston Hyuz,Robert Berns, Pösi Biş Şelli, Çarlz Makey, Tomas Hud kimi məşhur ingilis şairlərininşeirlərini poetik dillə ana dilimizə tərcüməsinə müvəffəq olmuşdur.

Eynizamanda Şirməmməd Qüdrətoğlu amerikalı məşhur yazıçı Ernest Heminqueyin bir neçəhekayəsini də tərcümə etmişdir. Ernest Heminqueyin"Qoca və dəniz”, "Əcəl zəngi”, "Əlvida, silah” romanları Azərbaycan oxucularınayaxşı tanışdır. İnanırıq ki, bu məşhur yazıçının hekayələri də rəğbətləqarşılanacaq.
Həmyerlimiz Şamil Zamanın fransız dilindən etdiyi tərcümələr ayrıca kitab şəklindəoxuculara təqdim olunmuşdur. O, Fransanın dövlət himni olan "Marselyeza”nı daAzərbaycan dilinə tərcümə etmişdir. Müəllifin Pyer-Jan dö Beranje, Viktor Hüqo,Andre Şenye, Şarl Zasayi və digər şairlərdən etdiyi tərcümələr bədii dəyərinəgörə seçilir. Yeri gəlmişkən bir məsələni də vurğulamaq istərdik ki, Şamil Zamanşairlərimizdən Elmira Qasımovanın və Vaqif Məmməd­ovun şeirlərini fransız dilinətərcümə edərək ayrıca kitab şəklində çap etdirmişdir. O, 756 səhifədən ibarət"XI-XX əsr Azərbaycan poeziyası antologiyası” kitabının nəşrinə nail olmuşdur.Həmin kitabda həmyerlilərimizin yaradıcılığından da nümunələr vardır. ŞamilZaman Naxçıvan torpağının yetirməsi olan 53 şairin şeirlərindən ibarət 524 səhifəlik"Naxçıvanın şeir çələngi” adlı böyük bir toplu da hazırlamışdır. Akademik İsa Həbibbəylibu kitaba "Naxçıvanın poeziya çələngi” adlı "Ön söz” yazmışdır. Həmin kitab daartıq oxucuların ixtiyarına verilmişdir. 
Oxucular şeirlərdən ibarət "Dünyaya pəncərə” kitabında Kəmalə Ağayevanın,Hüseyn Razinin, İsa Həbibbəylinin, Muxtar Qasımzadənin, Şamil Zamanın tərcüməsindəAqniya Barto, Aleksandr Blok, Boris Pasternak, Rəsul Həmzətov, Rimma Kazakova,Vladimir Basin, Rəmz Babacan, Əhməd Sövqi, Klod Jozef Ruge dö Lil, Pyer-Jan döBeranje, Viktor Hüqo, Şarl Zasayi kimi məşhur şairlərin yaradıcılığı ilə tanışolmaq imkanı qazanmışlar. Oxucular Vaqif Məmmədovun, Elxan Yurd­oğlunun tərcüməsindəisə 25 türkiyəli şairin 49 şerini sevə-sevə oxuyacaqlar.

 Hekayələrdən ibarət "Dünyaya pəncərə” adlı kitabda isə Şirməmməd Qüdrətoğlununingilis dilindən tərcümə etdiyi hekayələrlə yanaşı, Əliəddin Abbasovun, HüseynƏsgərovun, Bağır Qədimin tərcüməsində bir sıra xarici ölkə yazıçılarınınmaraqlı hekayələri dərc olunmuşdur. 
Qeyd edək ki, şair və yazıçılarımızın, filoloq alimlərimizin son illərdə xariciölkələrdə ondan artıq kitabı çap olunmuşdur. Akademik İsa Həbibbəylinin,AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktoru, professorYavuz Axundlunun, filologiya elmləri doktoru Hüseyn Həşimlinin, ElmiraQasımovanın, Kəmalə Ağayevanın, Həmid Arzulunun, Vaqif Məmmədovun, Xanəli Kərimlinin,Məmməd Tahirin, Şirməmməd Qüdrətoğlunun, Hüseyn Bağırın, Zeynəb Naxçıvanlının əsərləriayrıca kitab şəklində Rusiyada, Pakistanda, Ukraynada, Misirdə, Türkiyədə,İranda çap olunmuşdur. Bundan əlavə, bir sıra şairlərimizin şeirləri də müxtəlifdillərə tərcümə olunaraq qəzet və jurnallarda dərc edilmişdir. İstərdik ki,Naxçıvan ədəbi mühitinin yetirmələri olan şair və yazıçılarımızın əsərlərixarici ölkələrdə daha çox çap olunsun. Ona görə də çalışacağıq ki, Bədii TərcüməMərkəzinin, eləcə də şair və yazıçılarımızın tərcüməsi sayəsində Naxçıvan ədəbimühitinin yetirmələri olan şair və yazıçılarımızın əsərləri başqa dillərə tərcüməolunaraq kitab şəklində xarici ölkə oxucularına da çatdırılsın.
Son illərdə ədəbiyyata onlarla gənc gəlib. Amma tərcümə ilə məşğul olanyaradıcı gənclərimiz yoxdur. Gənc şairlərdən Elxan Yurdoğlunun türkiyəli şairlərdəndilimizə çevirdiyi şeirlər var. Ancaq istərdik ki, bədii yaradıcılıqla məşğulolan gənc şairlər tərcümə sənətini də unutmasınlar. Bugünkü gəncliyin qarşısındaböyük imkanlar açılmışdır. Gənclərimizin çoxu ingilis dilini yaxşı bilir. Onagörə də bədii yaradıcılıqla məşğul olan gənclərimiz bu sahəyə də ciddi fikirverməli, özlərində tərcüməçilik vərdişi yaratmalıdırlar. 
Düşünürük ki, gələcəkdə Bədii Tərcümə Mərkəzi orijinaldan tərcümə işini günün tələblərisəviyyəsində quracaq, şair və yazıçılarımız bu işə daha ciddi yanaşacaq, dünya ədəbiyyatınıngözəl nümunələri doğma ana dilimizdə səslənəcəkdir.

"Dünyaya pəncərə” adlı 3 tərcümə kitabının çapolunmasına göstərdiyi diqqət və qayğıya görə yazıçı və şairlərimiz adındanNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızıbildiririk.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası YazıçılarBirliyinin sədri