adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2018 15:18
17953
ƏDƏBİYYAT

Dünyanın sonunu gətirən yazıçılar

Qiyamət günü ilə bağlı mülahizələr bəlkə də elə dünyanın özü iləyaşıd olar. Səmavi dinlərdən öncə, hətta insanın mağaralarda yaşadığı dövrdəbelə dünyanın sonunun gələcəyi ilə bağlı qorxular olub. İndiyədək alimlər, ekstrasenslər,ssenaristlər, rəssamlar bu barədə danışıb və ya təsvir ediblər. Ədəbiyyatadamları niyə əskik qalsınlar? Odur ki, yazıçılar da tənbəllik etmədən dünyanınsonu ilə bağlı qələmlərini işə salıblar. Görək bu yazıçılar arasında qiyamətgününü ən çox kim yaxşı təsvir edib?

F.D. Ceyms"Bəşərövladı”: Əsərdə kütləvi sonsuzluq bəşəriyyəti məhv olmaqla üz-üzə qoyur.Dünyanın lider dövlətlərinin başçıları mübarizə üsulları axtararkən, əksinə biraz da rəqabət sayəsində vəziyyəti çətinləşdirirlər. Bəzi ölkələrdə insanlarıdoğuma məcbur etmək üçün diktatura qurulur. Uzun illərdən sonra doğulan tək birkörpə oğlan son ümid yeri olur ki, hakimiyyət də ona miras qoyulur. Yeri gəlmişkən,əsərə 2006-cı ildə film də çəkilib.

Dmitri Qluxovski – "Metro 2033”: bu rus yazıçını ən yaxşı postapokalipsis təsvirçisihesab edirlər. Qluxovskiyə görə, dünyanın sonu 2033-cü ildə baş verəcək.Dünyanın sonun gətirən səbəblər isə təbiifəlakətlərlə deyil, müharibələr sayəsində baş tutacaq. Ona görə də dövlətlərsağ qalmış vətəndaşları ilə birlikdə yeraltına – metrolara köçüb yaşayırlar. Yerüzündə yalnız döyüşən robotlar və hərbi texnikanı idarə edənlər qalır. Hərmetro stansiyası isə şəhər kimi sıralanır. Artıq yer üzü üçün deyil, yeraltıüçün mübarizələr gedir.

Kormak Makkarti – "Yol”: təbii kataklizmlər vasitəsilə dünyanın bir qismivə bitki örtüyü məhv olur. Bəşəriyyətin sağ qalan qismi aclıqdan əziyyət çəkdiyiüçün şiddət və hannibalizm baş alıb gedir. Bir ata oğlu ilə bərabər uzun səfərəçıxıb cənuba doğru gedirlər. Məqsəd qurumamış dəniz tapıb təbii məhsullar əldəetməkdir.

Co Hill – "Yanğın”: dəhşətlər kralı Stiven Kinqin oğlu olan buyazıçının əsərində naməlum xəstəlik insanlığı məhv etmək üzrədir. İnsanlarbir-birinin ardınca xəstəlikdən ölür. Camaat arasında belə xəbər yayılır ki,bir səfil kişi öz bədənini yandırmaqla bu xəstəlikdən xilas ola bilib. İnsanlarməlumatsızlıqdan və sağ qalmaq cəhdi ilə özlərini yandırırlar, amma uğurlualınmır. Çoxu özünü yandırmaqla kütləvi yanğınlara səbəb olur. Tibb bacısıHarper Qreyson həmin kişini axtarmağa başlayır, çünki hamilə olan bu qadınözündə xəstəliklərin əlamətlərini hiss edir. Özü və bətnindəki uşağı xilas etməküçün bu adamı tapmaqdan başqa əlacı olmur.

Skot Vesterfild – "Eybəcər”: bəşəriyyətin böyük hissəsi naməlum səbəblərdən məhvolur. Yerdə qalan hissəsinin isə sifəti eybəcərləşir. İnsanlar simurq quşu kimiküldən yenidən baş qaldırırlar. Bu dəfə də estetik cərrahiyyənin güclü rəqabətigedir. 16 yaşına çatandan sonra hər bir insan bıçaq altına yataraq eybəcər üzünüəməliyyat vasitəsilə gözəlləşdirir. Yalnız yeniyetmə bir qız bundan imtina edərəkyeni dünya axtarışına çıxır.


Şəfiqə ŞƏFA