adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2025 13:31
64
ŞOU-BİZNES
A- A+

Bilal Əliyev: “Heydər Əliyevin  qarşısında səhnəyə çıxanda hər dəfə təzə ağ  kostyum geyinirdim”

Xalq artisti Bilal Əliyev açıqlaması ilə marağa səbəb olub.

Adalet.az xəbər verir ki, ifaçı toylara getməsə də, yığdığı pulun ona bəs edəcəyini bildirib:

“Allah mənə 100 il ömür versə, 100 il özümü qarantiyaya almışam. Yığdığım pul mənə bəs edər. Yəni gündə 100-150 AZN xərcləsəm pulum mənə yetər. Hər kəs mənə deyir ki, bu qədər pul hardandır. Əvvəla, onu deyim ki, mənə Ulu Öndər Heydər Əliyev qiymət verib.  Bu yüksək qiymət də hər mənada həyatıma müsbət təsir edib. Hər dəfə Heydər Əliyevin qarşısında səhnəyə çıxanda  tezə ağ kostyum geyinirdim. Xalq artisti Polad Bülbüloğlu mənə deyirdi ki, Bilal, bu kostyumu necə təmiz saxlaya bilirsən? Ağdır, ona görə deyirdi.  Daha demirdim ki, hər dəfə təzəsini alıram”.

Əntiqə