Rasim Balayev: “Pul olmasa, nə edə bilərik?"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) 2026-cı il üçün vəsait ayrılmayıb. Bu da mədəniyyət ictimaiyyətində narazılığa səbəb olub.
Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev maliyyəsiz iş görməyin çox çətin olduğunu söyləyib:
“Pul ayrılmayıb, daha doğrusu belə uyğun görüblər. Bəs pul olmasa, nə edə bilərik? Pul olmalıdır ki, kino çəkilsin. 2025-ci il üçün ayrılmış vəsaitin qalan hissəsi, əlbəttə, kino üçün yetərli olmayacaq. Kinonun çətin vaxtında bir də pul ayrılmaması heç yaxşı hal deyil. Bu nə deməkdir?! Bu addımın adı yoxdur! Bizim ən böyük problemimiz maliyyə problemidir. Bizim agentliyin adının siyahıda olmaması çox pisdir. Kino agentliyinə maliyyə vəsaitinin ayrılmaması bu sahədə ciddi problemlər yaradacaq”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
13 Noyabr 2025 14:29
Kamran Ağabalayev: “…dövlət niyə yenə kinoya pul ayırsın?"
12 Noyabr 2025 16:50
Multikulturalizm Mərkəzi “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib
12 Noyabr 2025 13:18
"Çəkilən filmlərdən 15-i Vətən müharibəsinə həsr edilib" - Nazir müavini
12 Noyabr 2025 12:06
Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO çərçivəsində keçirilməsi təsdiqləndi
12 Noyabr 2025 11:53
"Kinoya vəsait ayrılmaması çox böyük təhlükə yaradır" - Polad Bülbüloğlu
12 Noyabr 2025 10:03
Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur -FOTOLAR
08 Noyabr 2025 18:36
“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Zəfər Günü münasibətilə tədbir keçirilib
08 Noyabr 2025 13:14


Bakı -°C

