Universitetdə Zəfər təntənəsi qeyd olunub
Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr-Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə tədbirlər-elmi konfrans, kitab və rəsm sərgiləri möhtəşəm Zəfər konserti ilə yekunlaşıb.
Adalet.az xəbər verir ki, tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindəni canlı ifa edilib.
Musiqili ədəbi bayram tədbirində vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səslənib. Tələbələrin oynaq rəqsləri, saz havaları, xor ifaları tədbirə bir əlvanlıq, şuxluq qatıb. Prezident mükafatçısı Qoca Ərəbovun sazda ifa etdiyi “Qarabağ şikəstəsi” zalın alqışları ilə müşayət olunub.
Ü. Hacıbəylinin “Koroğlu”nun üverturası ilə start götürən tədbir “Cəngi” nin möhtəşəm sədaları altında “Azərbaycan” mahnısının kollektiv ifası ilə yekunlaşıb.
Konsert proqramından sonra LDU tələbələrinin 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Bayraq Gününə həsr etdikləri rəngkarlıq əsərlərindən ibarət sərgiyə baxış olub. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov vətənpərvərlik, qəhrəmanlıq hisslərini rəsm dili ilə tərənnüm edən istedadlı gənclərə yaradıcılıq uğurları arzulayıb, peşəkarlıqlarını yüksək qiymətləndirərək təşəkkürünü bildirib.
Prof. Natiq İbrahimov tədbir zamanı LDU-dakı şəhid ailələrinin üzvləri, qazilərlə görüşüb, kollektiv adından onlara Zəfər təbrikini çatdırıb, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağını, qədirbilən xalqımız tərəfindən daima yaşadılacağını bildirib.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

