adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Oktyabr 2014 16:27
16738
MARAQLI

Dünyanın ən gülünc hadisələrinə Darvin mükafatı verildi

Həril dünyanın ən gülünc hadisə və cinayətləri Darvin mükafatına layiq görülür.Bu mükafatı qazanmaq üçün cinayət və hadisələr tragikomik olmalıdır. Mükafatın sahibi isə ən gülməli və axmaq yollarla həbs olunmuş və ya dünyasını dəyişmiş adamların yaxınlarına verilir. Adalet.az Türkiyə mətbuatınaistinadən mükafata layiq görülmüş həmin hadisələri təqdim edir:

* ABŞ-ın Kaliforniya ştatında Ceyms Eliotadlı adlı bir soyğunçu cinayət başındaykən silahı atəş açmır. Səbəbini öyrənməküçün silahı üzünə tutub tətiyi basır və... nəticə məlumdur.

* İki belçikalı soyğunçu bankomatıpartlatmaq üçün aparata barıt dolduqduqdan sonra daha tez partlasın deyə qaznasosu ilə pompalamaq istəyiblər. Amma özlərinin də bankomatın yanındaolduqlarını unudublar...

* Zimbabvedə 20-yə yaxın ruhi xəstənidaşıyan avtobusdan xəstələr qaçınca, şoferin ağlına qəribə fikir gəlib.Dayanacaqlarda saxlayaraq eyni sayda adam toplayıb və onlara xeyriyyə məqsədiləpulsuz sürücülük etdiyini deyib. Sonra sərnişinləri gətirib ruhi dispanserətəhvil verərək qaçıb. Adamların dəli olmadığı yalnız 3 gündən sonra məlum olub.    

* ABŞ-ın Luiziana ştatında adamın birimarketə girib, satıcıdan 20 dolları xırdalamağı istəyib. Satıcı kassanı açandasilahla hədələyərək pulları yığıb ona verməsini tələb edib. Satıcı deyilənəəməl edib. "Vicdanlı” oğru marketi tərk edərkən xırdalamaq üçün çıxartdığı 20dolları kassanın üstünə atıb. Marketdən uzaqlaşıb xırda pulları saydıqda cəmisi15 dollar olduğunu görüb.