adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2018 15:38
25052
MARAQLI

Dünyanın ən bahalı arağı oğurlandı

Kopenhagendə "Kafe 33” barından 1,3 milyon dollar dəyərində olan araq butulkası oğurlanıb.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı Danimarkanın TV-2 televiziyası yayıb. Oğurlanan butulkanın "Russo-Balt” arağı olduğu bildirilir. Qızıl və gümüşdən hazırlanan araq butulkası həm də dünyanın ən bahalı arağı sayılır.

Hazırda Danimarka polisi oğurluqla bağlı axtarışa başlayıb. Barın sahibi də sosial şəbəkələr vasitəsilə insanlara müraciət edərək yardım istəyib.