adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2020 08:50
24960
ŞOU-BİZNES

Dünya ulduzlarının karantin əyləncələri - nələr var nələr...

Dünyanıbürüyən koronavirus infeksiyası, onunla bağlı müxtəlif nəzəriyyələr, pandemiyanınnə zaman bitəcəyi və bunun üçün hər bir insanın üzərinə düşən vəzifələr yaşından,məsləyindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir və hər kəs də həm öz sağlamlığı,yaxınlarının –doğmalarının sağlamlığı xatirinə evdə qalmağı vacib bilir. Dünyaşou-biznesinin nümayəndələridə bu prosesə qoşularaq evdə qalır və hər gün evdəsıxılmamaq-darıxmamaq ücün müxtəlif əyləncə və maraqlı hərəkətlərə imzaatırlar. Bu yolla həm özlərini, həm də sosial şəbəkə izləyicilərini əyləndirirlər,vaxtlarını maraqlı edirlər.

Adalet.azxəbər verir ki,Rusiyalı müğənni Olqa Buzova öz "İnstagram” səhifəsində tezhazırlanan əriştəli vanna qəbul etməsinin videosunu paylaşıb.



O.Buzova bunu azərbaycanlıbloqer Hüseyn Həsənovun çellencinə qoşularaq edib. Müğənni vanna qəbul edərək, əriştədənyeyib.Qeyd etmək lazımdır ki, soydaşımızın çellencinin beş ağlasığmaz tələbivar. Bundan əvvəl O.Buzova öz brend paltarlarını yandırıb, beysbol taxtası iləplazma televizoru sındırıb və hətta saçını kəsib.

Aktrisa Mariya Liman songünlərin trendinə çevrilən "pillowchallenge”ə qoşulub.Aktrisa "Instagram” səhifəsindəçılpaq bədənini yastıqla örtərək fotosunu paylaşıb.Aktrisa, həmçinin,paylaşımında bu yay ağ geyimlərin dəbdə olması barədə zarafat edib.


Amerikalı aktrisa,teleaparıcı, model Tayra Benks karantin günlərində çəkisini 15 kiloqramartırıb."Harper's Bazaar” jurnalına müsahibə verən model bununla kifayətlənməyərək,çəkisini daha da artırmaq fikrində olduğunu deyib.


46 yaşlı aktrisa gündəlik qidasından danışıb. O, səhərləracqarına şəkərsiz tünd qəhvə, süd və sirop içir. Bundan başqa, onun menyusunaqaymaqlı-pendirli simit, qızardılmış basdırma və müxtəlif dadlı çipslərdaxildir. Benks, həmçinintez-tez yeməyi kənardan sifariş verdiyini,xüsusilə ənənəvi Meksika qidası olan takonu sevdiyini qeyd edib. Model, eynizamanda, nə vaxtsa artıq çəkidən qurtulacağını deyib, amma bunuyaxın günlərəplanlaşdırmadığını əlavə edib.

Koronavirus pandemiyasının dünyada tüğyan etməsinəbaxmayaraq bəzi qadınlar bu xəstəliyi "dəbli trendə” çevirməyə çalışır.



Bəzi modabazların "ixtira etdiyi” karankini adlıgeyim ("quarankinis” — "karantin üçün bikini”) izləyicilər tərəfindən birmənalıqarşılanmır.


Əsasən, tibbi maska qıtlığı müşahidə edilən ölkə sakinləri bu trendi tənqidatəşinə tutub. 

Qeyd edək ki, ilk dəfə bu cür şəkli vyetnamlı bloqer və Good.sginternet-dükanının sahibi Oan (Oanh) paylaşıb.Bloqerin çoxlu sayda tənqidiyazıdan sonra bu şəkli pozaraq izləyicilərindən üzr istəməsinə baxmayaraq,dünyanın fərqli nöqtələrində yaşayan qadınlar bu "trendə” qoşulub.



Dünya vurhvurda olduğu zaman məşhur ulduzSelena Qomez tanınmış rok ifaçısı olmuş Tom Pettinin malikanəsini satın alıb. 10otağı olan villanın gizli girişləri də var. Müğənni ABŞ-ın Kaliforniya ştatındayerləşən bu malikanəni 4,9 milyon dollara alıb. 1989-cu ildə inşa edilənmalikanəyə sonradan modern üslub əlavə edilib. Villanın altıyataq vəaltıhamam otağı var. Növbəti araşdırmamızda daha nələr baş verdiyinioxucularımıza catdıracağıq.

Əntiqə Rəşid