Dünya ədəbiyyatının inciləri haqqında maraqlı faktlar
Uilyam Şekspir eyni gündə anadan olub, 52 il sonra eyni gündə də vəfat edib. 23 aprel 1564 - 23 aprel 1616.Şekspirlə eyni tarixdə daha başqa bir yazıçı "Don Kixot”un müəllifi Migel de Servantes Saavedra vəfat edib.Amerikan yazıçısı O.Henri yazıçılığa həbsxanada başlayıb.Ernest Heminqueyin peyrafobiya qorxusu (ictimaiyyət qarşısında çıxış qorxusu ) varmış.Onore de Balzak kofe içməyi sevirmiş. Deyilənə görə yazıçı günə 50 fincan kofe içirmiş.Edqar Allan Po qaranlıqdan qorxurmuş. Yəqin buna səbəb onun uşaq ikən qəbiristanlıqda dərs oxuması olub. Dərslər qəbirlər arasında aparılırmış. Hər bir şagird özünə qəbir seçib, ölüm tarixindən doğum tarixini çıxaraq, ölünün nə qədər yaşadığını hesablayırdı.Aqata Kristi disqrafiyadan (yazı nitqinin pozulması) əziyyət çəkirmiş, ona görə də yazılarını diktə edirmiş.Ceyms Coys itlərdən və ildırımdan qorxurmuş, heykəllərə nifrət edirmiş. O, həm də mazoxist olub.Uilyam Folkner poçtalyon işləyib, bəzi ünvanına çatmayan məktubları zibil yeşiyinə atırmış.Cek London öz zəhməti ilə milyon qazanmış amerikan yazıçısı idi.Balzakın sevdiyi qadınlardan kəsdiyi saç kolleksiyası varmış.Oskar Uayld ömrünün sonlarında adını dəyişib Sebastyan Melmot edib.Şekspirin adına Merkuridə krater var.Tolstoy xaç əvəzinə J.J.Russonun portretini gəzdirirmiş.Çexov poçt markaları kolleksiyası toplayırmış.Stiven Kinqin əsərlərindəki hadisələr əksərən Men ştatında baş verir. Maraqlıdır ki, Men Amerikada cinayətkarlığın ən az baş veridiyi ştatdır.Yazıçı Ernest Vinsent Raytın yazdığı 50 min sözlük "Gadsbi” romanında "e” hərfi işlənməyib.Amerikan yazarları içində ən çox Edqar Ponun əsərləri ekranlaşdırılıb, düz 114 dəfə.Jül Vern heç vaxt Rusiyada olmadığı halda, onun doqquz romanında hadisələr Rusiyada baş verir"Robot” terminini məişətə çex yazıçısı Karel Çapek gətirib.Gi de Mopassan Eyfel qülləsindən zəhləsi gedirmiş. Yazıçı hər gün naharını qüllədə etməsini: "Bura Parisdə yeganə yerdir ki, qüllə görünmür”- deyə izah edirmişŞerlok Holmsun prototipi xəfiyyə Filipp Biq olub. 1885-1910-cu illərdə Londonda baş vermiş əksər cinayətlərin üstü onun tərəfindən açılıb.