Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ
(Qardaşım Sabirlə cümə axşamı dərdləşməsi...)
Gəldim, qarşıma çıxmadın
İlk dəfə etdin sən belə...
Öpüb , əlimi sıxmadın -
Səbəbin bilmirəm hələ...
Yay günü şaxta hiss etdim
Dondu damarda qanım da...
Həyətində hara getdim -
Səni görmədim yanımda!
Yad gəldi mənə ev, eşik
Hətta işığı, odu da...
Ürəyim boş qalmış beşik -
Qaçıb ağzımın dadı da!..
Küləkmi silib, süpürüb
Yağışmı yuyub izini?
Fani dünyaya tüpürüb -
Səssiz qatladın dizini...
Gözlərim yuyur şəklini,
Dilim danışdıra bilmir...
Sənin belə köç etməni -
Ağlım, anışdıra bilmir!
...Gəlmişəm, kimə nə deyim
Hamının başı aşağı...
Məndən keçib, niyə aldın-
Allahım, sən bu uşağı ?!
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

