03 Iyun 2025 15:30
421
ƏDƏBİYYAT

Şəlalə Camal: Eşq dolu bağçamı talamışdılar...

Haçansa kefimin gülən vaxtında,
Dindirib ağzımdan söz almışdılar.
İllərdir üzümə gülən adamlar,
Arxamca gör nələr danışmışdılar...

Özləri bir dərdə dərman olmayıb,
Yalandan dost olub yol almışdılar.
Qəlbimdə min sevgi cücərdən zaman
Eşq dolu bağçamı talamışdılar...

İndi içimdəki uşaq böyüyüb,
Dünyanın hər üzü ona görünüb.
Bu dövran təzəcə ağ günü görüb,
Onu da qapqara boyamışdılar...