21 Sentyabr 2016 12:13
26498
ƏDƏBİYYAT

Dünya ədəbiyyatının ən qısa şedevr hekayələri

Bu hekayələri yazmaq bəlkə də bir roman qədər çətin və bəlkə də bir roman qədər vaxt alıcı hadisədir. Amma dünya ədəbiyyatı öz kiçik "övladı”olan qısa hekayə ilə nədənsə dostlaşmaq firkində deyil. Buna baxmayaraq zamanlarının məşhur yazıçıları yazdıqları bir neçə kiçik hekayədə az qala bir romanın demək istədiklərini deyə biliblər. Adalet.az həmin hekayələrdən bir neçəsini təqdim edir:

Ən qısa təsiredici hekayə: Müəllif- Ernest Heminquey"Uşaq çəkmələri satılır. Geyilməmiş”.

Ən qısa qorxulu hekayə: -Müəllif - Frederik Braun"Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...”

Ən qısa süjetli hekayə: Müəllif- O. Henri"Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi”.

Ən qısa avtobioqrafik əsər: Müəllif – yaşlı fransız qadını"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir”

Xulyo Kartasardan qısa hekayə: Qatil səhifə"Şotlandıyada kitab dükanlarının birində qeyri-müəyyən bir səhifəsi boş buraxılan kitablar satılır. Əgər oxucu gündüz saat üçdən sonra həmin səhifəni oxusa həmən ölür”

Frans Kafkadan qısa hekayə: "Yola düşmək” "Dərhal axurdan atımın gətirilməsini əmr etdim. Uşaq məni başa düşmədi. Ona görə də axura gedib yəhəri atın belinə özüm atmalı oldum. Uzaqdan eşidilən truba səsi haqqında uşaqdan soruşdum. Cavab verdi ki, heç nə bilmir. Ata minib gedəndə isə soruşdu:

-patron hara gedirsiniz?

- bilmirəm, heç nə bilmirəm, yalnız buradan çölə çıxmaq istəyirəm, yalnız məqsədimə doğru getmək istəyirəm.- Məqsədiniz nədir ki?

- İndi dedim axı, tez buradan çölə çıxmaq"