Şəlalə Camal: Sən mənim dünyamı alt-üst elədin...
Darıxma, yadına düşərəm mən də,
Peşman olub ürəyini üzərsən.
Səni gəzib axtarsıöın dünyada,
Sən də məni mənsən betər formada,
Qapı-qapı, küçə-küçə gəzərsən.
Axtararsan, soruşarsan hamıdan,
"İncirmərəm", "küsdürmərəm" deyərsən.
Əhd edərsən, məni tapsan haçansa,
Əlimdən tut, üzümdən öp, qucaqla,
Başıma da bir az sığal çəkərsən.
Qapınl döyərlər, - deyərsən mənəm,
Açarsan küləkdi, arzun boş gələr.
Tufan döyəcləyər pəncərəni də,
Çəkilərsən bir otağın küncünə
Onda məni Allah-Allah gəzərsən.
İndi icazə ver, rahat yaşayım,
Ya da ki, dünyamı rahat dəyişim.
Mən sənin ömrünü nizama saldım,
Sən mənim dünyamı alt-üst elədin,
Alt olan dünyamın üstün gəzərsən...
Haçansa ağlın başına gələr,
Onda həyatından küsüb bezərsən.
Digər Xəbərlər
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

