Dünya Bankı Orta Dəhlizin “yaşıllaşdırılması”nın şərtlərini açıqlayıb
Orta Dəhlizi artıq “yaşıl” bir dəhliz hesab etmək olar və onun böyük potensialı var.
Adalet.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister “Bakı İqlim Həftəsi”nin 2-ci günündə "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" növzusunda dəyirmi masada deyib.
"Bu dəhlizi daha da “yaşıllaşdırmaq” olar. Lakin buna nail olmaq həm operatorlardan, həm də hökumətlərdən böyük öhdəliklər tələb edəcək. Məsələn, aşağı və ya sıfır emissiyalı yanacaqların inkişafı və istehsalına investisiyalar qoyula bilər. Bundan əlavə, elektrik batareyalarına və ya hidrogen yanacaq elementlərinə investisiyalar da böyük əhəmiyyət kəsb edir. Bu yanacaqların saxlanması üçün lazım olan infrastrukturun yaradılması da investisiya tələb edəcək, çünki bu infrastrukturlar hələ mövcud deyil", - St. Stallmeister biıdirib.
Dünya Bankının rəsmisi qeyd edib ki, aşağı karbonlu yanacaqların rəqabətədavamlı olmasını təmin etmək üçün lazımi qaydalar hazırlanmalıdır: "Əks halda, özəl sektoru bu sahələrə investisiya qoymağa təşviq etmək çətin olacaq. Həmçinin hökumətlər bu layihələrin əhəmiyyətini sübut etmək üçün özəl sektora pilot layihələri maliyyələşdirməyə icazə verməyi nəzərdən keçirməlidir. Bölgəyə gətirilən bu yeni layihələrin tətbiqi və yayılması da çox önəmlidir".
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29
"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
13 Mart 2026 11:24
İran ixracatı qadağan etsə, Azərbaycanda nə bahalaşacaq?
13 Mart 2026 11:08
Dövlət sektorunda işləyənlərin sayı açıqlanıb
13 Mart 2026 11:07


Bakı -°C

