Dubaydan Qəbələyə birbaşa aviareys açılır
"FlyDubai" Dubay-Qəbələ birbaşa aviareysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır.
Adalet.az-ın xəbər verir ki, aviareyslər cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.
Şirkət Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) yerinə yetiriləcək.
"Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq", - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.
Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14