DSMF-nin gələn il üçün büdcəsi bu qədər olacaq
Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcəsini üçüncü oxunuşda qəbul edib.
Adalet.az xəbər verir ki, sənəd parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Fondun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində müəyyən edilir. Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:
• dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000 manat;
• dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000 manat.
Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılacaq.
Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Digər Xəbərlər
09 Dekabr 2025 12:09
Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq
09 Dekabr 2025 12:01
"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
09 Dekabr 2025 11:53
Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib
09 Dekabr 2025 11:52
"Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik" - Əli Əsədov
09 Dekabr 2025 11:45
"Neft-qaz sektorunda 1.8% azalma qeydə alınıb" - Baş nazir
09 Dekabr 2025 11:41
Gəmiqayırma müəssisələri üçün güzəşt müəyyənləşir
09 Dekabr 2025 11:40
7 illik vergi güzəşti ləğv olunur: Bu qədər ödəyəcəyik
09 Dekabr 2025 11:39


Bakı -°C

