adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2024 20:43
568
DÜNYA

Döyüş meydanında vəziyyət Rusiyanın xeyrinə dəyişir - Pentaqon rəhbəri

Ukraynada döyüş meydanında vəziyyət Rusiya Federasiyasının xeyrinə dəyişir. 

Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Düşünürəm ki, biz artıq döyüş meydanındakı vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini görürük” deyə Ostin vurğulayıb. 
O, Ukraynanın ABŞ-dan sursat və silah təchizatına ehtiyacı olduğunu da sözlərinə əlavə edib.