Dövlət tikinti normalarında dəyişikliklər edildi
Fövqəladə Hallar Nazirliyi tikinti fəaliyyəti subyektlərinə müraciət edib.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin (Azərdövləttikintikom) 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilib 1 yanvar 2000-ci ildən qüvvəyə minmiş AzDTN 1.6-1* “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları” Dövlət Tikinti Normaları Fövqəladə Hallar Nazirliyinin müvafiq Qərarı ilə ləğv edilib və ölkə ərazisində hüquqi qüvvəsini itirib.
Nazirliyin digər Qərarı ilə AzDTN 1.6-2* “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda (2015-ci ildən tətbiq edilir) zəruri dəyişikliklər edilib və normalara tikintinin təşkili və aparılması ilə bağlı müxtəlif icra sənədlərinin (aktların, jurnalların və s.) nümunələri daxil edilib.
Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hazırda AzDTN 1.6-2* normaları tikinti işlərinin başlanması, təşkili və aparılması üzrə prosedurları tənzimləyən normativ sənəd olaraq tətbiq edilməkdədir.
Digər Xəbərlər
09 Sentyabr 2026 11:16
Valyuta ehtiyatları 90 milyard dolları keçib
09 Sentyabr 2026 09:34
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38


Bakı -°C

