06 Noyabr 2023 15:41
3123
MARAQLI

Donuz qanıyla yaşlanmanın qarşısını almaq mümkün olacaq - Araşdırma...

Tədqiqatçılar araşdırmalar nəticəsində donuz qanında olan birləşmələrdən hazırlanmış terapevtik maddənin siçovullarda yaşlanmanın qarşısını ala biləcəyini irəli sürüblər. 

Adalet.az xəbər verir ki, “GeroScience” elmi jurnalında bu yaxınlarda dərc edilən yeni araşdırmaya görə cavan donuzun qanından istifadə edilərək hazırlanmış E5 adlı yaşlanma əleyhinə terapevtik maddə qocalmış siçovullara vurulub. 

“Independent Turkish”in məlumatına görə, Los Ancelesdəki Kaliforniya Universitetindən (UCLA) olan tədqiqatçılar, mürəkkəb nanohissəciklərdən və donuzlardan əldə edilən gənc plazmadan ibarət E5-in siçovulların bioloji saatlarını orta hesabla 70 faiz tərsinə çevirə biləcəyini bildiriblər.
Alimlər iddia edirlər ki, əgər bu nəticələr insanlara ötürülə bilsə, 80 yaşlı insan 26 yaşına qayıda bilər.

Tədqiqatda elm adamları müxtəlif siçovul toxumalarına tətbiq edilən donuz qanı müalicəsinin qanın, ürəyin və qaraciyərin bioloji yaşını da dəyişdirdiyini aşkar ediblər. 

Vasif Əlihüseyn