ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
İran Qızıl Aypara Cəmiyyəti ABŞ-nin İranın Hörmüzqan əyalətində toy mərasimi keçirilən evə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edib.
Adalet.az IRNA-ya istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Humanitar Hüquq üzrə müavini Raziyə Əlişvəndi açıqlayıb.
Onun sözlərinə görə, Haaqadakı BCM Prokurorluğuna göndərilən məktubda baş verən hadisə ilə bağlı ilkin məlumatlar təqdim olunub. Məktubda hadisənin Roma Statutunun hücumlarla bağlı müddəalarına uyğun olub-olmamasının hüquqi baxımdan qiymətləndirilməsi tələb edilib.
Əlişvəndi bildirib ki, ABŞ-nin İrana son hücumları zamanı Hörmüzqan əyalətinin Kuheştek şəhərində toy mərasimi keçirilən evə mərmi düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.
O vurğulayıb ki, mülki şəxslərin olduğu evin hədəfə alınması və ölənlər arasında uşağın olması hadisə ilə bağlı müstəqil və effektiv araşdırmanın təcili aparılmasını zəruri edir.
Digər Xəbərlər
04 Sentyabr 2026 10:21
Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
04 Sentyabr 2026 09:25
İstanbulda İŞİD əməliyyatı - Polisə atəş açan şübhəli zərərsizləşdirildi
04 Sentyabr 2026 00:42
ABŞ-nin zərbələrindən daha altı İran hərbçisi öldü
04 Sentyabr 2026 00:28
“Əsas məqsədimiz İranda rejim dəyişikliyidir” - Netanyahu
04 Sentyabr 2026 00:25
ABŞ tezliklə İran üzərində qələbə qazanacaq
04 Sentyabr 2026 00:10
"Böyük döyüş əməliyyatları çox uzun müddətdir davam etmir" - Vens
04 Sentyabr 2026 00:00
SEPAH komandirinin başına 10 milyon dollar pul qoydular
03 Sentyabr 2026 20:42


Bakı -°C

