Doğuş zamanı ölən ana ilə bağlı cinayət işi açılıb
Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Apa-ya verdiyi məlumata görə, Bakıda "Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktının baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
E. Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır
Qeyd edək ki, martın 20-də Yasamal rayonunda yerləşən "Astoriya” Tibb Mərkəzində 1986-cı il təvəllüdlü İlahə Musazadə qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48