adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyul 2018 15:24
18154
MARAQLI

Diş həkimliyindən musiqiyə gələn sənətçi

EdipAkbayram 29 dekabr 1950-də Qaziantepdə doğulub. Hələ doqquz aylıq idi, iflicolmuşdu. Bu bəd xəstəliyin pəncəsində uşaqlıq dövrünü yaşayan Akbayramınmusiqiyə həvəsi də elə uşaqlıq illərindən başladı. "Həftəlik cib xərcimdən kəsibyığdığım pullarla məşhur pop musiqiçilərin konsertlərinə gedər, evə gələndə isəgüzgünün qabağında onları yamsılayardım” deyir Akbayram o illər barədə. Uşaqlıqillərində bir orkestr yaradaraq həvəskar olaraq evlərinin yaxınlığındakı birşadlıq sarayında işləyir.

Məktəbdəqurduqları orkestrda Pir Sultanın, Karacaoğlanın sözlərinə bəstələdiklərimahnıları çalıb oxuyardılar. İlk valını da məktəb illərində çıxartdırdı. "İlk dəfəvalını çıxartdığı qrupun adı "Qara hörümçəklər” idi.

Qaziantepdənsonra ikinci ünvan Adana olur Akbayram üçün. Adana Akbayramın qurduğu orkestrlailk səhnəyə çıxdığı şəhərdir. Burada "Ağ saray” adlı kazinoda işləməyə başladı.

O,yoxulluq içində keçən bir uşaqlıq dövründən sonra məktəbi bitirib qırmağınıİstanbula atanda 1968-ci il idi. Məktəbi bitirdiyi zaman həmişə öyrənmək istədiyisənətin, yəni həkimlik təhsili üçün Universitet imtahanlarına girir və diş həkimliyinəqəbul olur. Amma musiqiyə həvəsi həkimlikdən güclü çıxır və o özünü musiqiyəyönəldir. "Onsuz da diş həkimi olsaydım da, atamın mənə bir yer götürməyə verəcəkpulu yox idi ki” deyə deyirdi sənətçi keçirtdi yoxsul illər üçün.

İstanbulagələndən sonra 1971-də "Qızıl mikrofon” yarışmasına qatıldı. Aşıq Veysəlin birşeirindən təsirlənərək bəstələdiyi "Kükredi çimenler” adlı mahnı ilə birincioldu. 1974-də "Dostlar” adlı orkestri yaratdı və Anadolu pop musiqisinin öndəgedən adlarından biri oldu. Daha sonra "Qara quzu”, "Deniz üstü köpürür” və "Qərib”adlı mahnılarla məşhur oldu, sonra "Aldırma gönül” və "Eşkiya dünyaya hükümdarolmaz” adlı mahnıları ilə satış rekordlarını qırdı. Və o, bu mahnılarla 250-yəqədər mükafat alıb.

Akbayramzirvəyə qalxsa da musiqini pula dəyişmədiyi üçün uşaqlığının yoxsulluğunu buillərdə də yaşadı. "Bu ölkədə arabeskin qızıl dövrünü yaşadığı illərdə musiqidəkiüslubumu dəyişmədim. Onsuz da 12 sentyabr sonrası mənə heç kim iş vermədi.1980-dən 84-ə kimi, 4 il. Çətin illərdi o illər. Yoldaşımın qızıllarını satdıq.12 sentyabr sonrası məni canavar kimi görməyə başladılar” deyir Akbayram o illərbarədə.

80-ciillər Edip Akbayram və onun janrında oxuyanlar üçün çətin illər idi. Arabeskoxumağını istədilər, çoxlu pullar təklif etdilər. Rədd elədi. Səsi-sorağı gəlmədimusiqi aləmində. 1981-88 arası bəstələrinin TRT-də çalınması qadağa olundu.Amma 90-ların ortasından etibarən, xüsusilə "Türkülər yanmaz” albomu ilə yenibir çıxış etdi və öz üslubunu dəyişmədən davam etdiyini sübut elədi. CanYücelin, Oktay Rıfatın, Ahmed Arifin, Vedat Türkalinin sözlərinə bəstələdiyimusiqilər var idi o albomda.

Akbayrambaşdan bəri nə etmək istədiyini belə açıqlayırdı: "Qalıcı işlər görmək istəyirəm...”

Bugünkaset satışından və konsertlərindən gələnpulla yaşayan sənətçinin bir də ortaq işlətdiyi inşaat şirkəti var. 1979-ci ildə Aytən xanımla evlənən sənətçininbu evlilikdən Ozan və Türkü adlı bir oğlu və bir qızı var.