22 Sentyabr 2023 10:04
850
GÜNDƏM

"Dinc" ermənilərə ərzaq karvanı getdi: 20 ton ərzaq, gigiyenik vasitələr, iki  çörək maşını

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alın dıqdan sonra dərhal hərəkətə keçilib.

Daha dəqiq, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib ki, Azərbaycan FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: "Sentyabrın 22-də hər birini tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".

 P.S. 35 ildir Qarabağı işğal edən, soydaşarımızı kütləvi şəkildə yurd-yuvasından qovan, kütləvi şəkildə məhv edən  separatçı rejimdə heç vaxt dinc erməni olmayıb.  Dinc insan o yerlərdə yaşasaydı bir dəfə  separatçı qurumun varlığına etiraz edərdi. Etməyiblər, Hətta əksinə 35 il separatizmi dəstəkləyiblər.  Biz unutmadıq, əlinə silah alıb Azərbaycanı hədələn qadınları,  Rusiya hərbi kontingentin əsgərlərindən təlim alan məktəbliləri, xalqımıza nifrət yağdıran qocaları, qarıları, bizi az qala "adamyeyən"  kimi təbliğ edən müəllimləri, həkimləri... Hardadı o "dinc" erməni?Niyə biz 35 ildə onları görmədik?

 Əntiqə Rəşid