DİN əməkdaşları azad olunan ərazilərdə fasiləsiz xidmət aparır - VİDEO
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Adalet.az xəbər verir ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Digər Xəbərlər
12 Mart 2026 19:14
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
12 Mart 2026 17:15
Baş nazirdən hərbi qeydiyyatla bağlı QƏRAR
12 Mart 2026 16:04
Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19
Bunu edənlər həbs olunacaq - Süni intellekt...
12 Mart 2026 13:04


Bakı -°C

