DİN-dən "Sədərək"dəki insidentə reaksiya - VİDEO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüb.
Adalet.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub:
"Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
***
"Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüb.
Adalet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, insidentə səbəb Agentlik əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Mühafizəçilərin fiziki şiddəti ilə qarşılaşan reklamçılar Ticarət Mərkəzindən qovulublar.
Digər Xəbərlər
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23
Bakıda 18 yaşlı qızın meyiti tapıldı
11 Sentyabr 2026 10:56
Ağdərədə mina partladı - 21 yaşlı gənc xəsarət aldı
11 Sentyabr 2026 10:15


Bakı -°C

