DİN-dən əməliyyat - 12 nəfər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.
DİN-dən Adalet.az-a verilən məlumata görə, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
18 Dekabr 2025 18:29
3 uşaq anası qayçı ilə qətlə yetirilibmiş - VİDEO
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33


Bakı -°C

