DİM-də elmi-metodik seminarlar keçirilib
Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix, coğrafiya, riyaziyyat fənləri üzrə hazırlıq kurslarının 3-cü dərsi və elmi-metodik seminarlar keçirilib.
DİM-dən Adalet.az -a verilən məlumata görə, moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Biologiya fənni üzrə keçirilən elmi-metodik seminarda 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 7-ci sinif "Biologiya” dərsliyinin məzmunu haqqında təqdimat edib. Tarix fənni üzrə seminarda Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev 9 və 11-ci sinif "Ümumi tarix” dərsliklərinin məzmununu müqayisəli təhlil edib. Coğrafiya fənnindən keçirilən seminarda AMEA-nın elmi işçisi Elvin Soltanov "Coğrafiya” dərslikləri üzrə "Kartoqrafik təsvir vasitələri” bölməsinin məzmununa aid təqdimatla çıxış edib. Riyaziyyat fənni üzrə seminarda 6-cı sinif "Riyaziyyat” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov danışıb.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması və onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.
Digər Xəbərlər
01 May 2024 09:22
İbtidai siniflərdə yaz tətili başlayır
30 Aprel 2024 15:35İmtahanda 4 nəfər maksimal bal topladı
30 Aprel 2024 15:18Buraxılış imtahanının nəticələri elan olundu
29 Aprel 2024 12:38Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00