Dilarə Əliyeva: "Səni unutmadım, unutmaram da"
O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş…"
Adalet.az xəbər verir ki, bunu Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar incəsənət xadimi Oqtay Əliyevin ölüm ildönümü ilə bağlı paylaşımında qeyd edib.
Sənətçi O. Əliyevin videosunu paylaşaraq bunları yazıb:
O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş…
Gedişin sükutun ən ağır forması idi.
Heç bir söz,
heç bir təsəlli
sənin yerini doldura bilmədi.
İki ildir
qapılar sənin yoxluğunu açır,
pəncərələr isə
üzümə sənsizliyin soyuğunu vurur.
Sən getdin…
amma sənin baxışların
hələ də gözlərimin dərinliyində yaşayır,
səsin
yuxularımın pıçıltısına çevrilib.
Bəzən elə bil
yanımda oturursan –
heç nə demədən, sadəcə baxırsan…
Səni unutmadım,
unutmaram da.
Çünki sevgi
sadəcə həyatda yox,
ölümdən sonra da yaşayar.
Səni mənə verən Tanrıya minnətdaram,
səni məndən alan qismətə isə hələ də susuram…
Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir…
Yerin behişt olsun!
Sənin yoxluğuna dözən
Dilarən…
Digər Xəbərlər
07 Noyabr 2026 21:10
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan
06 Noyabr 2026 13:39
"Həkim sevgini qadağan edib" - Cem Yılmaz
05 Noyabr 2026 21:56
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - VİDEO
05 Noyabr 2026 13:29


Bakı -°C

