adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 15:57
77
ŞOU-BİZNES
A- A+

Günel Zeynalova Seda Sayanla küsülüdür?

Azəriqızı Günel  türkiyəli həmkarı Seda Sayanla  hansı səbəbdən  küsülü olduğunu etiraf edib.

Adalet.az bildirir ki, o, özünə olunan hörmətsizliyə görə illərdir Seda Sayanla əlaqəsi olmadığını etiraf edib:

“İllər öncə Seda Sayanın efirinə dəvət almışdım. Orda çıxış edəndə mənə qarşı hörmətsizlik oldu. “Sarı gəlin” mahnısı ilə bağlı fikrinə etiraz etdim. Bu mahnının  Azərbaycana məxsus olduğunu bildirdim. Həmin an səhnəni tərk edə də bilərdim. Orada mənim üçün efirə gələn tamaşaçılara hörmətsizlik olmasın deyə efiri tərk etmədim. Mən sadəcə orda özümdə cəsarət tapıb sözümü dediyim üçün çox xoşbəxt idim. Hamı deyir ki, Seda Sayanla küsülüsünüz. Mən heç kəslə küsülü deyiləm. Sadəcə bir daha onun proqramına getmədim. Dəfələrlə dəvət alsam da, atam dedi ki, biz o proqrama gəlmirik”.

Əntiqə