Deyəsən ABŞ "ağalıq" arzusuna çatır, dünya alovlanır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
130 | 2025-06-24 16:47

İndi görürük ki, ABŞ prezidenti Donald Trampın prezident seçkiləri ərəfəsində, "mən Birləşmiş Ştatların prezidenti seçilərəmsə, dünyada bütün müharubələri dayandıracam"- deyə pafoslu vədləri seçicilərin səslərini qazanmaq üçün boş bəyənstlardan başqa bir şey deyilmiş.

 Hakimiyyətə gəldiyi beş ay ərzində nəinki müharibələri dayandıra bildi, əksinə əhatəsini daha da genişləndirərək, alovun şiddətini artırmaqdadır.

 Onsuzda gərgin vəziyyətdə olan Yaxın Şərq, artıq alovlar içərisinə doğru irəliləyir. ABŞ -ın İranın nüvə obyektlərinə endirdiyi dağıdıcı zərbələrdən sonra, vəziyyət daha da, təhlükəli hal almaqdadır. 

  Meydanda tək qalan İranın kütləvəvi hücumlar qarşısında təslim olacağını düşünən ABŞ administrasiyası artıq  səhv etdiyini, İranın heç bir halda təslim olmayacağını anlayır. Ona görə də, əhatəni genişləndirməklə Yaxın Şərq dövlətlərini də, İrana qarşı qızışdırmağa başlayıb. 

 İranın hakimiyyət rəhbərləri dəfələrlə bəyan etiblər ki, əgər ABŞ İrana hücum edərsə, hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, Birləşmiş Ştatların hərbi bazalarına hücum edəcək. 

 Nüvə obyektlərinə edilən hücumlatdan dərhal sonra, İran ABŞ-ın Qətərdə yerləşən hərbi bazalarına bir neçə raket zərbələri endirdi. Qətərin hakimiyyət təmsilçiləri bu hücumdan sonra bəyan etdilər ki, cabab tədbirləri hüquqlqrını özlərində saxlayırlar. Yəni, Qətər dövləti də, İsrail-ABŞ-İran müharinəsinə qoşulmağın bir addımlığındadır.

 Daha bir ərəb dövləti, Səudiyyə Ərəbistanı, İranın ABŞ-ın Qətərdə yerləşən hərbi bazalarına hücum etməsini üınayaraq,  Qətərin atacağı hər bir addımnı dəstəkləyəcəyini bəyan etdi. Yəni, İrana qarşı müharibəyə qoşula biləcəyini bəyan etdi.  

 Yaxın Şərq müharibəsinin əhatəsinin genişdirilməsi, artıq 4-cü ildir davam edən, Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirib. "Dərə xəlvət" prinsipi ilə hərəkət edən Rusiya addım-addım Ukrayna torpaqlarını işğal etməkdə davam edir. Qərbin "başının Yaxın Şərq münaqişəsinə"  "qarışmasından" istifadə edən Rusiyanın silahlı qüvvələri paytaxt Kiyev də daxil olmaqla, bütün yayşayış məntəqələrini raket və dron "yağışına" tutmaqla viran qoymaqdadır. 

 Hazırda Qətərin , BƏƏ-nin, Bəhreynin, İranın, İraqın və Küveytin hava məkanları bütün uçuşlar üçün bağlanıb. 

 ABŞ dünyanı qan çanağına çevirməklə, dünyaya ağalıq etmək arzularını gerçəkləməyə doğru addımlayır. Ona "dur deyən" nə bir beynəlxalq təşkilat, nə də bir dövlət qalıb. Çin faktiki olaraq susur, Rusiyanın başı isə Ukraynanı işğal etməyə qarışıb, boş-boş bəyənatlar verirməkdən o tərəfə keçmirlər.

 Dünya  "Üçüncü Dünya müharibəsi"  ərəfəsindədir. Allah xalqımızı şeytanların əməllərindən qorusun...

 

TƏQVİM / ARXİV