Dərman təhlükəsizliyi üçün yeni rəqəmsal mexanizm - Səhiyyə Nazirliyindən AÇIQLAMA
“Saxta dərmanların qarşısının alınmasında müasir dövrdə bu sahədə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni Track & Trace sistemidir”.
Adalet.az xəbər verir kii, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələinin Təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev deyib.
Onun sözlərinə görə bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir:
“Bu məlumat xüsusi DataMatrix kodun daxilində yerləşdirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təqib və İzləmə İnformasiya Sistemində qeydiyyata alınır. Dərman vasitəsi ölkədə istehsal olunduqdan və ya idxal edildikdən sonra onun dövriyyəsi bütün mərhələlər üzrə sistem vasitəsilə izlənilir. Sistemdə tanınmayan və ya düzgün qeydiyyata alınmamış kodlarla markalanmış dərman vasitələri dərhal aşkar edilir və onların dövriyyəyə buraxılmasının qarşısı alınır”.
Şöbə müdiri qeyd edib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv edilir:
“Əgər eyni kod ikinci dəfə istifadə olunarsa, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkar edilməsinə imkan yaradır. Nəticədə demək olar ki, sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması dərman vasitələrinin təhlükəsiz təminatının əsasını təşkil edir”.
Digər Xəbərlər
06 Aprel 2026 18:32
6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək
06 Aprel 2026 17:21
Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama
05 Aprel 2026 10:36
Hər gün yaz göyərtisi yeyin
04 Aprel 2026 13:52
Yazda bir çox xəstəliklər yenidən oyanır...
04 Aprel 2026 09:04
Həkimlər deyir ki...
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51


Bakı -°C

