adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 18:32
81
SAĞLAMLIQ
A- A+

6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir, üçünün vəziyyəti ağırdır.