adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Yanvar 2020 09:00
42576
SAĞLAMLIQ

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Ölkəmizinəlverişli iqlimi, zəngin bitki örtüyü, füsünkar təbiəti arıçılığın inkişafını şərtləndirən başlıcaamillərdəndir. İqtisadi cəhətdən gəlirli sahəolan arıçılıq həm də ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılması baxımındanən səmərəli təsərrüfat sahəsidir. Biz bu gün arıcılığın inkişafından deyil, cənnət yurdumuzun nemətlərindən- balın faydalarından söhbətacacağıq.

Qədimbal-balın qədimliyi...

Dünyada balqədim olduğu qədərdə ən faydalı və əvəzsiz məhsullardan biri sayılıb. Hələ eramızdan4000 il əvvəl Misirdə bal məhsulları müxtəlif məqsədlər üçün istifadəedilirmiş. Bal burda o qədər əhəmiyyətli vasitə hesab olunurdu ki, fironlar digərdünyada da istifadə etsin deyə piramidalarda mumyalanmış fironun yanına balqoyarmışlar.

İsrail Qədim Əşyalar İdarəsi vəüç İsrail universitetinin müəllimləri qazıntılar zamanı aşkar edilmiş kuzələrdən 5000 il yaşı olan altı maya növü əldəetməyi bacarıblar. Deyilənə görə, "bal”sözü yəhudi əsaslı sözdür. Hərfi tərcümədə "sehirli” və ya " sehrlənmiş” mənalarınıverir.



Azərbaycan Elmlər AkademiyasınınArxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləridoktoru, professor Fəzail Vəliyevacıqlamalarının birində deyib: "Təqribən 6 min il bundanəvvəl qədim Misirdə baldan müalicə, kosmetika və çürümədən qorunma vasitəsikimi istifadə edilib. Məşhur Ebers papirusundakı tibbi məlumatlar da bunu təsdiqləyir.Hindistanda zəhərlənənləri balla sağaldardılar. Eramızdan əvvəl III-IIminilliklərdə çinlilər balın şəfaverici xüsusiyyətlərini mənimsəmişdilər. QədimYunanıstanda mədə və qaraciyər xəstəlikləri, əsəb pozğunluqları, irinli yaralarballa müalicə edilib. Romada isə çürümədən qorunma vasitəsi kimi ondan genişistifadə olunub”.

Əsatirlərdə isə bildirilir ki,Makedoniyalı İsgəndər yürüş vaxtı vəfat edir və onun cəsədini uzun yolda daşıyabilmək üçün bala batırmışdılar. Bu şəkildə cəsəd heç bir dəyişikliyə məruzqalmadan Makedoniyaya çatdırılmışdı.

Azərbaycandada arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdəZaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıqdaha da inkişaf etmişdir. Hətta, Azərbaycandan xarici ölkələrə də arıçılıq məhsulları(bal, mum) satılmışdır. Dahi şair və mütəfəkkirlərimizNizamiXaqani Azərbaycanbalını ilhamla tərənnüm etmişlər. AzərbaycanınAstara,Şamaxı,Quba,Qusar,Qarabağ,Şəki,Zaqatala,Daşkəsən,Lerik,Lənkəran, Masallı,Kəlbəcər,Laçınvəs. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir. Daşkəsən rayonunuQabaqtəpəkəndininərazisində yetişdirilən arı növü (populiyasiyası) ölkədən kənarda da tanınır.

Bal "həkim”?

Terapevt-həkim Lətifə Mikayılova ilə söhbətimizdə, obildirdi ki,bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsləvəzedilməz təbii dərmandır:” Ümumiyyətlə, qan-damar sistemi, demək olar, bütünxəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur. Balgüclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır.Buxüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çoxyaxşı müalicəvi effekt verir.

Balın təbii immunostimulyator olduğunu vurğulayan həmsöhbətimbuşirin məhsulun insanın immun sistemini gücləndirdiyini, orqanizmin xəstəliklərvə infeksiyalara qarşı olan davamlılığını artırdığını söylədi:” Xüsusən buuşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksək allergikxüsusiyyətlərinə görə, onu 3yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir”.



Lətifə həkim onu da söylədi ki,mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara balçox yaxşı kömək edir:” qədim təbabət də, müasir tibb də sübut edirlər ki, öz antiseptik və yarasağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoralarısağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdənbal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərininmüalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazımolan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həllolunmuş şəkildə qəbul etmək lazımdır”.

Maraqlıdır ki, bütündigər qida maddələrindən fərqli olaraq bal kiflənmir. Hətta məqsədli olaraq kifgöbələklərini daxil etdikdə belə tezliklə məhv olurlar.

Balın saxta formaları çox satılır. Əsl balı ayırd edə bilməyinqədim və asan üsulu müvcuddur. Kibrit çöpünü bala batırın və sonra yandırın. Əgərbal təbiidirsə kibrit yanacaq, deyilsə bal əriyib axacaq.

Bir sözlə, yaxşısı hər gün bir qaşıq bal yeyin…

Əntiqə Rəşid